Zelenski: “Hələ də sülh mümkündür, üçüncü dünya müharibəsinin qarşısını ala bilərik”

“Hələ də sülh mümkündür, üçüncü dünya müharibəsinin qarşısını ala bilərik”.

Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, nə qədər ki, dünya xalqları həmrəylik göstərir, bu, mümkündür.

V.Zelenski qeyd edib ki, müharibə başa çatanadək Ukraynaya dəstək lazımdır: “Nə qədər ki, savaş davam edir, bizə ayrılan yardım kifayət olmayacaq. Bu müharibə başa çatdıqdan sonra biz ölkəmizin bərpası, insanların tibbi və psixoloji reabilitasiyası ilə məşğul olacağıq”.

Dövlət başçısı söyləyib ki, indi Kiyevin qalib gəlməsi çox vacibdir: “Ukraynanın qələbə qazanması bizim dünya və Avropa dəyərlərini qorumağımız deməkdir”.

Prezident bildirib ki, Ukraynaya ən çox kömək edən dövlət ABŞ-dır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir