Zelenski dövlət qulluqçuları və deputatlara dincəliş üçün xaricə getməyi yasaqlayıb
Ukraynanın dövlət qulluqçularına və xalq deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getmələri yasaqlayıb .
“turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramında dərc olunan ənənəvi axşam videomüraciətində deyib.
Onun sözlərinə görə, bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var.
Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının prinsipial qərarı var. Bu, mərkəzi hökumətin bütün məmurlarına, yerli idarəetmənin müxtəlif səviyyələrinə aiddir, bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, deputatlara, prokurorlara, həmçinin dövlət üçün və dövlətdə işləməli olanların hamısına aiddir”, – Zelenski bildirib.
“İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Rəsmilər bundan sonra məzuniyyət və ya başqa qeyri-dövlət məqsədləri üçün xaricə səyahət edə bilməyəcəklər”, – dövlət başçısı vurğulayıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09