Zelenski: “Bütün insanlarımızı Rusiya əsirliyindən qaytaracağıq”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/FB_IMG_1675205018059.jpg)
“Biz bütün insanlarımızı Rusiya əsirliyindən qaytarmalıyıq və qaytaracağıq! Əsir mübadiləsi ilə məşğul olan komandamıza təşəkkür edirik”.
“Turanın səsi ” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu gün (dünən – red) komandamız daha 45 döyüşçümüzü Rusiya əsirliyindən geri qaytara bilib: Ukraynanın 42 kişi və 3 qadın müdafiəçi. Onların hamısı Azovstalı müdafiə ediblər, Milli Qvardiyaçılardır. 35 sıravi əsgər və çavuş, on zabit”, – Zelenski əlavə edib.