Zelenski atəşə tutuldu – Son dəqiqə
Ukrayna Prezidenti Vladimir Zelenski Zaporojye vilayətində cəbhə xəttində, Rabotinoda olarkən, düşmən kəndi atəşə tutub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib.
“Atışma Zelenskinin olduğu yerə olduqca yaxın idi. Bu, Rabotinodur, orada aktiv döyüşlər gedir. Amma vəziyyəti dramatikləşdirməzdim”, – o bildirib.
Qeyd edək ki, Zelenski ötən gün cəbhə xəttinə gəlmişdi.