Zelenski 34 nəfəri fəxri adlardan məhrum etdi

Rusiyalı müğənnilər Nikolay Baskov və Filipp Kirkorov Ukrayna prezidenti Volodimir Zelenskinin fərmanı ilə “Ukraynanın Xalq artisti” titulundan məhrum ediliblər.

turaninsesi.az” xəbər verir ki, bu barədə Zelenski administrasiyasının rəsmi saytında məlumat yayılıb

Bundan əlavə, rusiyalı müğənni Aleksandr Malinin və bəstəkar İqor Krutoy “Ukraynanın Xalq artisti” titulunun sahibi olmaqdan çıxarılıb. Zelenski Ukraynada doğulan və Rusiyada məşhurlaşan müğənnilər Ani Lorak və Taisiya Povaliyi də “Ukraynanın Əməkdar artisti” statusundan məhrum edib.

Ümumən fərmanla əvvəllər 34 nəfərə verilən müxtəlif dövlət mükafatları və fəxri ad ləğv edilib. Onların arasında keçmiş Ukrayna rəsmiləri, deputatlar, incəsənət xadimləri, dini liderlər və hüquqşünaslar olub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI