Zelenski : “əylənmək üçün Vilnüsə getmək istəmirəm”

Zelenski NATO-nun Vilnüs sammitindən gözləntilərini açıqlayıb.

İyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan NATO sammitində Ukrayna alyansa üzv ölkələrdən dövlətin bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir.

Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News”a müsahibəsində deyib.

Ukrayna dövlətinin başçısı qeyd edib ki, əks halda o, Litvanın paytaxtına səfər üçün heç bir səbəb görmür, çünki o, “əylənmək üçün Vilnüsə getmək istəmir”.

“Ukrayna NATO-da olmadığı müddətdə aydın təhlükəsizlik zəmanəti almalıdır. Yalnız bu şərtlər daxilində görüşümüz məna kəsb edəcək. Əks halda, bu, növbəti siyasi gedişdir. Biz həm də tərəfdaşlarımıza sammit öncəsi müəyyən nəticələrə gəlməyə kömək etmək üçün çalışırıq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir