Zelenski Ərdoğanla taxıl müqaviləsinin uzadılmasını müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə taxıl müqaviləsinin uzadılmasının detallarını müzakirə edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adminstrasiyası məlumat yayıb.
Zelenskinin xahişi ilə baş tutan telefon danışığında Ərdoğan Türkiyənin sülhün bərqərar olması üçün çox səy göstərdiyini bildirib.
20:54
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparmaq niyyətindədir.
Bu barədə “Turanın səsi ” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.
“Bu axşam Türkiyə Prezidenti Ərdoğanla danışıqlar aparmağı planlaşdırırıq. Müzakirə ediləcək mövzular Qara dəniz regionu, ərzaq təhlükəsizliyi və digər mühüm mövzular olacaq”, – Zelenski videomüraciətində bildirib.