Zelenski Ərdoğanla müzakirə etdiyi mövzuları açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ona Kaxovka SES-in bəndinin dağıdılması və suyun ətrafa yayılmasının nəticələrinin aradan qaldırılması üçün tələb olunan məsələləri açıqlayıb.
“Turanın səsi ” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz tviter səhifəsində paylaşım edib.
“Fəlakətin nəticələrini aradan qaldırmaq üçün Ukraynanın təcili ehtiyac duyduğu şeylərin siyahısını onlara təqdim etdik”, – Ukrayna dövlət başçısı yazıb.
V.Zelenski deyib ki, o, Ərdoğana Kaxovka SES-in dağıdılmasının humanitar və ekoloji nəticələri və bununla bağlı Zaporojye AES üçün yaranmış risklər barədə də danışıb.
Onun sözlərinə görə, münaqişənin həlli, saxlanılmış Ukrayna vətəndaşlarının, o cümlədən Krım tatarlarının geri qaytarılması, taxıl təşəbbüsünün davam etdirilməsi və genişləndirilməsi məsələlərində Türkiyənin səsi vacibdir.