Zərif istefasının səbəbini izah etdi
Məsud Pezeşkianın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verdiyini təsdiqləyib.
“turaninsesi.az” xəbər verir ki, o, X-dəki mikrobloqunda istefasının səbəblərini açıqlayıb.
Eks-nazir bildirib ki, buna səbəb Pezeşkiandan peşmanlıq və ya məyusluq deyil:
“Daha doğrusu, mənim strateji vitse-prezident kimi faydalılığıma şübhə etmədir. Möhtərəm Pezeşkianın hökumətinin işini pozmaq üçün hər hansı bir şübhə və bəhanə yaranmasın deyə, keçən həftə strateji vitse-prezident vəzifəsindən istefa verdim”.
Cavad Zərif əlavə edib ki, özü və ailəsinin ABŞ vətəndaşlığına və əmlaka malik olması barədə deyilənlər yalandır. Üstəlik, heç bir tənzimləyici orqan onun vitse-prezidentliyinə qarşı çıxmayıb.
Keçmiş XİN rəhbəri yenidən universitetdə tədrislə məşğul olacağını bildirib:
“Mən hələ də seçki zamanı onun (Məsud Pezeşkian – red.) haqqında dediyim hər şeyə inanıram”.