Yens Stoltenberq: “NATO indiyədək Ukraynaya 150 milyard avrodan çox dəstək verib”

“NATO indiyədək Ukraynaya 150 milyard avrodan çox dəstək verib”.

Turanın səsi ” xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, NATO həmçinin 10 minlərlə ukraynalı üçün təlim keçib: “Biz indi Ukraynaya daha çox reaktiv təyyarə, tank və zirehli maşın göndəririk. Bütün bunlar bu gün döyüş meydanında real dəyişiklik yaradır”.

Y.Stoltenberq qeyd edib ki, Ukrayna NATO üzvü olmağa layiqdir: “Dəstəyimiz nəticəsində Ukrayna Alyansın üzvü olacaq. Biz müharibənin nə vaxt bitəcəyini bilmirik. Amma bilirik ki, Rusiya təzavüzü dayandırılmalıdır. Bu dövlətin addımları pis nümunədir. Buna görə də biz Ukraynanın Silahlı Qüvvələrini gücləndirməyə davam etməliyik”.

NATO-nun Baş katibi eyni Buçaya da gedib.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Y.Stoltenberqin Ukraynaya ilk səfəridir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir