Yeni Zelandiyada güclü zəlzələ olub, sunami təhlükəsi elan edilib

Yeni Zelandiyanın Sakit okeanda yerləşən Kermadec arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təbii fəlakətin episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 km şimal-şərqdə, zəlzələnin ocağı isə 33,6 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir