Yeni müharibə: İran 24 saat ərzində İsrailə hücum edəcək
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə hücum edəcəyi gözlənilir.
“turaninsesi.az” -ın məlumatına görə, İsrail və Qərb mətbuatı hücumun tezliklə başlaya biləcəyini yazır.
İran Haniyənin öldürülməsinə görə İsrailin məsuliyyət daşıdığını bildirib. İsrail hücumda iştirak etdiyini təsdiqləməyib. Tehran hücuma görə cavab veriləcəyinə, İsraildən qisas alınacağına söz verib.
Qeyd olunur ki, hücum İranın aprel ayında Suriyada öldürülən generallara görə İsrailə birbaşa endirdiyi zərbələrdən daha güclü ola bilər.
Bir neçə Qərb mətbuatı İranın avqustun 5-də hücum edəcəyini bildirir. “Axios” portalı isə yazır ki, ABŞ İranın İsraili dəqiq nə vaxt vurmaq niyyətində olduğunu bilmir. Məlumata görə, ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələrindən olan həmkarlarına bildirib ki, Vaşinqton hücumun 24-48 saat ərzində olacağını gözləyir.