Yeni hökumət fərari əsgərləri geri qaytarmaq istəyir

Suriyanın yeni hakimiyyət orqanları Deyr əz-Zor əyalətindən fərarilik etmiş 2,4 min suriyalı hərbçini İraqdan qaytarmaq niyyətindədir.

turaninsesi.az”  Al Watan-a istinadla xəbər verir ki, silahlı müxalifətin birləşmiş qüvvələrinin əsas komandanlığı Əsəd rejiminin devrilməsindən sonra İraq ərazisinə sığınan əsgər və zabitlərin ekstradisiyasına dair İraq hakimiyyəti ilə danışıqlar aparır.

İraq rəsmiləri fərarilər arasında hökumət ordusunun yüksək rütbəli zabitlərinin olduğuna şübhə edir.

Telekanalın məlumatına görə, Suriya silahlı qüvvələrinin komandirləri Suriyanın yeni hakimiyyət orqanlarının təqiblərindən qorxaraq İraqı tərk edərək İrana gedə bilər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI