Yaponiyanın kosmik aparatı Ayın orbitinə buraxılıb

0

Yaponiyanın “SLIM” aya eniş aparatı Ay orbitinə uğurla buraxılıb və indi Yerin təbii peykinə gələcək eniş üçün hazırlaşır.

Turanın səsi ” xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.

“Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) böyük məmnuniyyətlə Ayın kəşfiyyatı üçün eniş modulunun (SLIM) Yaponiya vaxtı ilə saat 16:51-də (Bakı vaxtı ilə 11:51-də) Ayın orbitinə uğurla buraxıldığını elan edir”, – diqqətə çatdırılıb.

Yerin peykinin səthinə eniş gələn il yanvarın ortalarına planlaşdırılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir