Yaponiyada güclü zəlzələ oldu : bir metr hündürlüyündə sunami gözlənilir

0

Yaponiya Milli Meteorologiya İdarəsi ölkənin Sakit Okeandakı ucqar İzu adalarının sahillərinə yaxınlaşan təxminən bir metr hündürlüyündə sunami dalğası barədə xəbərdarlıq edib.

Turanın səsi ” in məlumatına görə, xəbərdarlıq Sakit Okeanda baş verən 6,6 bal gücündə zəlzələ ilə əlaqədar edilib.

Zəlzələnin saat 11:00-da (Bakı vaxtı ilə saat 06:00) baş verdiyi, episentrinin 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Hökumət ümumi sayı 100 nəfərə yaxın olan yerli sakinlərin sahildən kənar dayanmaları ilə bağlı çağırış edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir