Yaponiyada 8-9 bal gücündə zəlzələ XƏBƏRDARLIĞI
Yaponiyada Honsyu adasının cənub-şərqində Nankay çökəkliyində 8-9 bal gücündə zəlzələ ehtimalı artıb.
“turaninsesi.az“-ın məlumatına görə, bu barədə NHK telekanalı Yaponiya hökumətinin seysmik aktivliyin tədqiqi üzrə komissiyasının hesabatına istinadən məlumat verib.
Bildirilir ki, növbəti 30 il ərzində belə bir zəlzələnin baş vermə ehtimalı 80% təşkil edir. Hesablamalara görə, 323 min insan həyatını itirə bilər.
Analitiklər qeyd ediblər ki, 40 il ərzində belə bir təbii fəlakətin baş vermə ehtimalı 90%, 50 il ərzində isə 90%-dən çox təşkil edir.
Qeyd edək ki, Nankay çökəkliyində 8 bal gücündə zəlzələ sonuncu dəfə 21 dekabr 1946-cı ildə baş verib.
Xatırladaq ki, Türkiyədəki əsrin faciəsi barədə əvvəlcədən xəbərdar edən seysmoloq Frenk Hugerbits Ukrayna, Qafqaz, Krım və Rusiyanın Krasnodar diyarında mümkün zəlzələ haqqında danışıb. Onun sözlərinə görə, təbii fəlakət yaxın vaxtlarda 6-7 maqnitudalı təkanla reallaşa bilər.
Qeyd edək ki, yanvar ayının əvvəlində Kolumbiya Universitetinin tədqiqatçıları 2025-ci ildə Amerika Birləşmiş Ştatlarını 9 ballıq zəlzələ və 30 metrlik sunami təhlükəsi gözlədiyi barədə xəbərdarlıq ediblər. Ekspertlər Şimali Kaliforniyadan Cənubi Kanadaya qədər sahil boyu yerləşən çökəkliyin təhlükəli seqmentlərinə diqqət çəkiblər. Onların məlumatına görə, burada sunami yarada biləcək zəlzələ baş verə bilər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI