Yaponiya Zelenskini G7 sammitinə dəvət etməyi planlaşdırır

0

Yaponiya Ukrayna prezidenti Volodimir Zelenskini mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitinə dəvət etməyi planlaşdırır.

“Turanın səsi ”  xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Elmau sammitində olduğu kimi, Yaponiya da “Yeddilik” qrupuna sədrlik edən ölkə olaraq Ukrayna probleminin intensiv müzakirəsinə şərait yaratmaq istəyir. Rəsmi Tokio hesab edir ki, V. Zelenskinin çıxışı G-7 liderlərini mövcud vəziyyətlə tanış edəcək.

Nəşr vurğulayıb ki, Tokio üçün G7-nin Ukrayna ilə bağlı fəaliyyətinin əlaqələndirilməsi Tayvan üzərində mümkün münaqişəyə hazırlıq üçün mühüm addımdır. Yaponiya hesab edir ki, belə bir münaqişə baş verərsə, o, birbaşa olaraq bu münaqişədə iştirak edəcək, ABŞ və Avropa ilə birlikdə Çinə tez və sərt cavab verəcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir