Yaponiya yeni qanadlı raket hazırlayacaq


Yaponiya üç növ dəyişdirilə bilən döyüş başlığı ilə yeni qanadlı raket hazırlayacaq. “Turanın səsi ” xəbər verir ki, bu barədə yerli “Yomiuri” qəzeti yazıb.

Döyüş başlıqları düşmənin hava hücumundan müdafiə sistemini vurmaq və maneə törətmək üçün nəzərdə tutulub. Raketin kəşfiyyat məqsədləri üçün də istifadə edilməsi planlaşdırılır.

Prototip istehsalı 1 aprel 2023-cü il tarixindən etibarən yeni maliyyə ilində başlaya bilər.

Yeni raket 1 000 km-dən çox məsafə qət edəcək. O, yüksək mobil qurğulardan işə salınacaq.

Nəşrin məlumatına görə, raketin bəzi komponentləri, xüsusən də mühərrikini ölkənin Müdafiə Nazirliyi 2018-ci ildən hazırlayıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir