Yaponiya və Ukrayna infrastrukturun bərpasına dair memorandum imzalayıb

Yaponiya və Ukrayna infrastrukturun bərpası barədə əməkdaşlıq memorandumu imzalayıblar.

Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Yenidənqurma İdarəsinin saytında məlumat yayılıb.

Sənədi yenidənqurma naziri Xiromiçi Vatanabe və Yaponiyada səfərdə olan Ukraynanın baş nazirinin müavini – icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov imzalayıblar.

Müqaviləyə əsasən, Ukrayna 2011-ci il zəlzələsi və sunamidən sonra yapon mütəxəssislərinin əldə etdikləri təcrübədən yararlanacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir