Yaponiya və ABŞ silah hazırlanmasına 3 milyard dollar xərcləyəcək
Yaponiya və ABŞ hipersəs hədəflərini məhv etmək üçün nəzərdə tutulan yeni raketin birgə hazırlanmasına təxminən 460 milyard yen (indiki məzənnə ilə təxminən 3 milyard dollar) xərcləməyi planlaşdırır.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Yaponiya tərəfi bu məqsədlər üçün 1 milyard dollara yaxın vəsait ayıracaq. Ən yeni raketin hazırlanmasının 2030-cu illərin ikinci yarısında tamamlanmasının planlaşdırıldığı vurğulanır.
Bundan əvvəl Tokio və Vaşinqtonun hipersəs hədəflərini aşkarlamaq və izləmək üçün nəzərdə tutulan peyklərin birgə şəbəkəsini inkişaf etdirməyi və yaratmağı planlaşdırdığı da əvvəllər bildirilmişdi.