Yaponiya Ukraynaya 500 milyon dollara qədər təmənnasız yardım ayırıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/03/20230322_083221.jpg)
Yaponiya hakimiyyəti Ukraynaya təmənnasız yardım formasında 470 milyon dollar ayırmağa qərar verib.
“Turanın səsi ” “Nikkei” qəzetinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.
“Biz Ukraynaya enerji və digər sahələrdə kömək üçün 470 milyon dollar ianə verəcəyik”, – hökumət başçısı bildirib.
Yaponiya lideri Kiyevə martın 21-də gedib. O, Ukraynaya Yeddilik Qrupu liderlərindən sonuncusu olaraq səfər edib.
“Gündoğar ölkə” bu il G7-yə sədrlik edir və may ayında Xirosimada sammitə ev sahibliyi edəcək. Bu şəhər 6 avqust 1945-ci ildə Amerikanın atom bombasına məruz qalıb. Kişida Zelenskini videobağlantı vasitəsilə sammitdə iştiraka dəvət edib.