Yaponiya Şimali Koreyanın raket buraxılışına etiraz edib

Yaponiya hökuməti cümə axşamı həyata keçirilən ballistik raketin buraxılışı ilə bağlı KXDR-ə etiraz edib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Yaponiyanın paytaxtı Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

“Biz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etirazımızı bildirdik. Bu cür hərəkətlər ölkəmizin və bütün regionun təhlükəsizliyini təhdid edir”, – o deyib.

Bundan əvvəl Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Şimali Koreyanın cümə axşamı atdığı ballistik raket qitələrarası olub.

Qeyd olunub ki, Şimali Koreya raketinin maksimal uçuş hündürlüyü 6 min km-i keçib, uçuş təxminən 70 dəqiqə davam edib, uçuş məsafəsi bir neçə min kilometr olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir