Yaponiya sahillərində güclü zəlzələ

Yaponiyanın Küşu adasının şərq sahillərində, Filippin dənizinin akvatoriyasında təxminən 7 bal gücündə zəlzələ qeydə alınıb.

turaninsesi.az” xəbər verir ki, zəlzələnin episentri Miyazaki şəhərindən 14 km şərqdə yerləşib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,9 bal qiymətləndirib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin episentri 32 km dərinlikdə, episentri Miyazaki şəhərindən 21 km cənub-şərqdə yerləşib.