Yaponiya ABŞ-dan “Tomaqavk” qanadlı raketləri almaq niyyətindədir
Yaponiya hökuməti Amerika istehsalı olan “Tomaqavk” qanadlı raketlərini almaq təklifi ilə ABŞ-a müraciət edib.
“Turanın səsi” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, rəsmi Vaşinqton bu təklifə müsbət reaksiya verib və tədarüklə bağlı danışıqlar artıq son mərhələyə qədəm qoyur.
Yaponiya “Tomaqavk” raketlərinin qəbulunu regional vəziyyətin gərginləşməsi fonunda çəkindirmənin gücləndirilməsi elementi kimi qiymətləndirir.