Yanvarın 13-ü ilə bağlı VACİB MƏLUMAT

Yanvarın 13-də ATLAS (C/2024 G3) kometası Günəşin yaxınlığından keçəcək. 

turaninsesi.az” xəbər verir ki, əgər kometa bu proses zamanı məhv olmasa, Yer kürəsindən adi gözlə müşahidə edilə bilər. Bu barədə Ka-Dar rəsədxanasının və Astroverts astro fermasının elmi direktoru Stas Korotki məlumat verib. 

Korotkinin sözlərinə görə, C/2024 G3 üçün baxış şəraiti Yerin cənub yarımkürəsində daha yaxşı olacaq, lakin çox güman ki, o, şimal yarımkürəsinin sakinlərinə də görünəcək. 

Mütəxəssis əlavə edib ki, yaxın günlər kometanın mümkün parlaqlığı və görünmə şərtləri aydınlaşdırmalıdır.

Kometa ilə bağlı ətraflı məlumatı təqdim edirik:

Kəşf tarixi: ATLAS kometası 2024-cü ilin oktyabrında, C/2023 ATLAS kometasını kəşf etmək üçün istifadə olunan teleskop vasitəsilə aşkar edilib.

Müşahidə çətinlikləri: Kometanın müşahidə şəraiti keçən ilki ATLAS kometası ilə müqayisədə daha çətindir. Bu, onun Günəşə çox yaxın – Merkuridən 4 dəfə yaxın məsafədə keçməsi ilə əlaqədardır.

Cənub yarımkürəsi üstünlüyü: Kometanın görünüşü Yerin cənub yarımkürəsində daha aydın olacaq, lakin şimal yarımkürəsində də onu müşahidə etmək mümkün ola bilər.