Xersonda suyun səviyyəsi yarım metr azalıb


Xerson vilayətində Kaxovka su elektrik stansiyasının (SES) partladılmasından sonra ərazidə suyun səviyyəsi yarım metr aşağı düşüb.

Turanın səsi ” xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, hazırda su çəkilməkdə davam edir: “Suyun səviyyəsi daha 64 santimetr azalıb və artıq 3 metr 29 santimetrə çatıb”.

A.Prokudin qeyd edib ki, hadisə nəticəsində ümumilikdə 46 yaşayış məntəqəsi su altında qalıb: “2743 nəfər suyun altından çıxarılıb. Onlardan 228-i uşaqdır. Təkcə Xersondan 2318 vətəndaş təxliyə edilib”.

Qeyd edək ki, iyunun 6-da Kaxovka su elektrik stansiyası vurulub və nəticədə Xerson su altında qalıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir