Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Xerson vilayət dövlət administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, yaşayış məntəqələrinə endirilmiş zərbələr nəticəsində çoxmərtəbəli bina və 8 fərdi evə ziyan dəyib. Liman infrastrukturunda da zərbə qeydə alınıb. Hadisədə iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.

Bildirilib ki, vilayətin Antonivka, Sadove, Stanislav, Ponyativka, Mikolske, Berislav, Mixaylivka, Tyaginka, Osokorivka, Lvove, Novooleksandrivka yaşayış məntəqələri, habelə Xerson şəhəri atəşə tutulub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir