“Xameneinin öldüyünə dəlalət edən məqamlar var” – Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə endirilən zərbə zamanı İslam Respublikasının ali lideri Əli Xameneinin iqamətgahını vurub.

turaninsesi.az ” xəbər verir ki, bu barədə İsrail baş naziri televiziya ilə yayımlanan müraciətində deyib.

“Bu gün səhər güclü və qəfil zərbə nəticəsində tiran Xameneinin bina kompleksini dağıtdıq”, – o bildirib.

B.Netanyahu əlavə edib ki, zərbə nəticəsində Xameneinin həlak olması ehtimalı var. “İranda diktatorun artıq olmaya biləcəyinə dair bütün əlamətlər mövcuddur”, – deyə o bildirib.

Qeyd edək ki, bu məlumat İran tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Arzu Paşaqızı