Xameneinin arvadı öldürülüb

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə ABŞ və İsrailin Tehrana endirdiyi hava zərbələri nəticəsində aldığı xəsarətlərdən ölüb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə İranın dövlət KİV-ləri məlumat yayıb.

Bildirilib ki, o, Ali Rəhbərin özünün və ailə üzvlərindən bir neçəsinin həlak olmasına səbəb olan ABŞ-İsrail birgə hava zərbəsi zamanı Xameneyi ilə birlikdə iqamətgahda olub.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.

Arzu Paşaqızı