Xamenei İsrailə zərbə endirən generalı mükafatlandırdı
İranın ali lideri Əli Xamenei bu həftə İsrailə qarşı raket hücumuna komandanlıq edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava və raket qüvvələrinin komandanı general Əmir Əli Hacızadəni “Qələbə medalı” ilə təltif edib.
“turaninsesi.az” bu barədə SEPAH-ın “Telegram” kanalına istinadən xəbər verir.
Məlumata görə, bu nişanın verilməsi “Doğru vəd” əməliyyatının uğurlu nəticələri ilə bağlıdır.
Bildirilir ki, medalın üzərində üç xurma yarpağı, Xürrəmşəhr Məscidinin günbəzi və İran İslam Respublikasının bayrağı əks olunub.