Xalid Məşəl HƏMAS-ın yeni lideri oldu
Yəhya Sinvarın ölümündən sonra HƏMAS rəhbərinin səlahiyyətlərini Xalid Məşəl icra edir.
“turaninsesi.az” LBCI telekanalına istinadla xəbər verir ki, görə, Məşəl hazırda danışıqlarda iştirak edən əsas tərəflərlə bütün ünsiyyətlərə və məhbuslarla problemlərin həllinə cavabdehdir.
Mənbələr təsdiqləyiblər ki, HƏMAS rəhbərliyi Türkiyə, Qətər və Misir rəsmilərinə onun siyasi bürosunun rəhbəri Yəhya Sinvarın Təl əl-Sultandakı əməliyyat zamanı həlak olması barədə məlumat verib.
HƏMAS həm də Sinvarın öldürülməsindən sonra əsirlərin mübadiləsi və Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı danışıqların getdikcə çətinləşəcəyini bildirib.
Bundan əvvəl İsrail Qəzza zolağına zərbələr endirərkən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib.