WSJ: Paşinyan Rusiya hərbi bazalarının Ermənistanda olmasında üstünlük görmür
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazalarının ölkədə fəaliyyətinin davam etməsində heç bir üstünlük görmədiyini bildirib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Nikol Paşinyan “Wall Street Journal” müsahibəsində deyib.
Paşinyan bildirib ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirməyib.
Qeyd edək ki, Ermənistanda 102-ci Rusiya hərbi bazası mövcuddur. Hazırda şəxsi heyətinin 4 000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir.
İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir.
Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir.