WSJ: ABŞ kəşfiyyatı Priqojının təyyarəsinin partladıldığını hesab edir

ABŞ rəsmiləri “Vaqner” ÖHŞ-nin başçısı Yevgeni Priqojını daşıyan təyyarənin sui-qəsd planı çərçivəsində qəzaya uğradığını bildirib.

Turanın səsi ” xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın məqaləsində qeyd olunub.

Təyyarənin “yer-hava” tipli raketlə vurulmadığı da vurğulanıb.

ABŞ hökumətinin natamam olan ilkin hesablamalarına görə, təyyarədə bomba partlayıb. Təxribat variantı da nəzərdən keçirilir.

Adının açıqlanmasını istəməyən bir kəşfiyyat rəsmisi bildirib ki, bir gün əvvəl qəzaya uğrayan təyyarədə çətənin liderinin olması “yüksək ehtimal” var.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir