Volodimir Zelenski sabah Almaniyaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 14-də Almaniyaya səfər edəcək.

Turanın səsi ”  “Bild”ə istinadən xəbər verir ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri V.Zelenskinin Almaniyaya ilk səfəri olacaq.

Berlin rəsmiləri məlumatı təsdiqləyiblər. Ancaq səfərin proqramı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, hazırda V.Zelenski İtaliyada səfərdədir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir