Volodimir Zelenski: “Qalib gəlsən belə, insanları qurban verməli olursan, bu, ağırdır”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230429_053028-1.jpg)
“Əks-hücum əməliyyatlarının uğurlu olacağına inanıram”.
“Turanın səsi ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandda jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, hazırda əks-hücum əməliyyatlarına hazırlıq gedir: “Tərəfdaşların hərbi dəstəyi ilə bağlı bəzi gözləntilərimiz də var. Biz əlimizdən gələni edirik. Təkcə ordumuz deyil, həm də cəmiyyətimiz çalışır. Biz əks-hücum əməliyyatına hazırlaşırıq və bunun uğursuz olacağını düşünmürük”.
V.Zelenski söyləyib ki, müharibədə insanları itirmək çox ağırdır: “Qalib gəlsən belə, insanları qurban verməli olursan. Bu, ağırdır. Amma hər halda biz irəliləyəcəyik”.
Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən V.Zelenski yaxın vaxtlarda əks-hücum əməliyyatına başlayacaqlarını bildirmişdi.
Rəsmi Kiyevin mövqeyinə görə, 1991-ci il sərhədləri bərpa olunmadan, o cümlədən Krım azad olunmadan müharibə başa çatmayacaq.