Vladimir Putin ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb – YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb.

Turanın səsi ” xəbər verir ki, müşavirədə “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojinin başçılığı ilə baş verən silahlı qiyamın nəticələri və hazırda yaranmış vəziyyət müzakirə olunub.

“Mən sizi bu bir neçə gün ərzində görülən işlərə görə təşəkkür etmək və bu zaman yaranmış vəziyyəti müzakirə etmək üçün topladım. Ölkədə baş verən hadisələrin təhlili nəticəsində qarşımızda duran vəzifələrdən də danışacağıq”-deyə, Putin bildirib.

Müşavirənin başqa təfərrüatları açıqlanmayıb.

Görüşdə baş prokuror İqor Krasin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Rosqvardiyanın başçısı Viktor Zolotov, Federal Mühafizə Xidmətinin rəhbəri Dmitri Koçnev və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin iştirak ediblər.

2023-06-26 23:49

Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə işgüzar görüş keçirir.

Turanın səsi ” xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Müraciətdən sonra Vladimir Putin hazırda Baş prokuror İqor Krasnov, Kremlin Baş Qərargah rəisi Anton Vaynonun, daxili işlər naziri Vladimir Kolokoltsevin, müdafiə naziri Sergey Şoyqunun, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun, Milli Qvardiyanın rəisi Viktor Zolotov və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin iştirakı ilə işgüzar görüş keçirir”-deyə, o bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir