“Vaqner”çilər Rusiya generalı Surovikini qisasla hədələyiblər

“Vaqner” muzdlu hərbi təşkilatının döyüçüləri onlara müraciət edən Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikini qisasla hədələyiblər.

Turanın səsi ” xəbər verir ki, bu barədə məlumat “Vaqner”in teleqram kanallarından birində yerləşdirilib.

Xüsusilə qeyd olunub ki, “dayanmaq çağırışları ilə musiqiçilərə (“Vaqnerçi”lərin ləqəbi – Qeyd) üz tutan generallar əslində öz hökmünə imza atıblar”.

“Məhkəmə olacaq. Surovikin hələ də Xersonun “təslim olması”na görə məsuliyyət daşıyacaq”-, məlumatda deyilir.

Bundan əvvəl Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikin “Vaqnerçi”lərə müraciət edərək silahlarını yerə qoymağa və yalnız Ali Baş Komandanın əmrlərinə ciddi əməl etməklə bağlı çağırış edib.

Qeyd edək ki,  “Vaqner ” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açılıb .

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm – dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir