Uruqvayda yanğınların tüstüsü Argentinanın paytaxtını da bürüyüb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230425_072445.jpg)
Aprelin 24-də Uruqvayda baş verən yanğınların tüstüsü Argentinanın paytaxtı Buenos-Ayresi bürüyüb.
“Turanın səsi” TASS-a istinadən xəbər verir ki, şəhərdə güclü yanıq qoxusu var.
“Saat 16:00-ya əsasən, Buenos-Ayres, Moron şəhəri və Xorxe Nyuberi hava limanı ətrafındakı ərazidə tüstülənmə və görmə məsafəsinin azaldığı bildirilir. Yaxın saatlarda bölgə fenomenin təsiri altında qalmağa davam edə bilər”, – Argentina Milli Meteorologiya Xidmətinin tviter səhifəsində deyilir.