Ukraynanın XİN rəhbəri: “Makronun mövqeyi iyrəncdir”

0

“Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiya Oyunlarına buraxılmasını zəruri hesab edən Fransa prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir”.

“Turanın səsi ” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya tviterdə yazıb.

“Rusiya fevral ayından bəri 184 ukraynalı idmançını öldürüb. İndi də Bax (Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (IOC) Tomas Bax – red.) Emmanuel Makrondan sitat gətirir ki, guya “idmanı siyasiləşdirmək olmaz”, Ukrayna, Rusiya və Belarus idmançılarına eyni münasibət göstərilməlidir. Müharibə cinayətlərinə haqq qazandırmaq üçün idmandan istifadə iyrəncdir”, – nazir tviterdə yazıb.

Qeyd edək ki, “Paris-2024” Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir