Ukraynanın daxili işlər naziri, nazir müavini və DİN-in dövlət katibi helikopter qəzasında həlak olub – VİDEO

0

Ukraynanın daxili işlər naziri Denis Monastırski Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında həlak olub.

Turanın səsi” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə nəticəsində, həmçinin, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar.

Helikopter qəzasında ümumilikdə 2-si uşaq olmaqla, 16 nəfərin öldüyü bildirilib.

Məlumata görə, qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları və polis cəlb olunub.

Qeyd edək ki, D.Monastırski 1980-ci ildə anadan olub. O, 2021-ci ildən Ukraynanın daxili işlər naziri vəzifəsində çalışırdı.

⤵️

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir