Ukraynalı komandan: “Tavriya istiqamətində Rusiyanın 4 bölüyü məhv edilib”


“Ukrayna Silahlı Qüvvələri Tavriya istiqamətində ötən sutka ərzində Rusiya ordusunun 4 bölüyünü, 53 hərbi texnikasını məhv edib”.

Turanın səsi ” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandanı Aleksandr Tarnavski məlumat verib.

Onun sözlərinə görə, Ukrayna ilə Rusiya qoşunları arasında bu istiqamətdə ötən sutka ərzində 36 toqquşma baş verib.

O bildirib ki, Rusiya Silahlı Qüvvələrinin 3 sursat anbarı məhv edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir