Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Krımın işğal altındakı Saki aerodromuna endirilən dron hücumu nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus beş qırıcı təyyarə zərər görüb.
“turaninsesi.az“-a “Qordon media”ya istinadən xəbər verir ki, hücum zamanı aerodrom ərazisində yerləşən aviasiya sursat anbarı vurulub.
Rəsmi məlumata görə, bir ədəd Su-30SM tamamilə məhv edilib, daha bir Su-30SM isə ciddi zədələnib. Bundan əlavə, üç ədəd Su-24 təyyarəsinə də ziyan dəyib.
Rusiya tərəfi ciddi maddi və hərbi itkilər verib: yalnız bir Su-30SM təyyarəsinin dəyəri 35–50 milyon ABŞ dolları arasında dəyişir.