Ukraynadan Rusiyaya daha 1300 tabut göndərildi
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1300 hərbçisini itirib.
“Turanın səsi ” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 535 660 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 12 tank, 15 zirehli döyüş maşını, 51 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI