Ukraynada təhsili yarımçıq qalan azərbaycanlı tələbələr: Onların aqibəti necə olacaq?

Ukrayna Azərbaycanlı gənclərin təhsillə bağlı üz tutduğu ölkələrdən biridir. Amma 2022-ci ilin fevralında başlayan və 3 ildən çoxdur davam edən müharibə ilə əlaqədar Rusiya işğalına məruz qlan dövlətə tələbə axını azalıb.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.
Doğrudur, axın tamamilə dayanmayıb, bununla belə hazırda Ukraynada təhsilini davam etdirən, yaxud işğala görə təhsili yarımçıq qalmış tələbələr var.
Yetərincə enerji və maddi resurs xərcləmiş sonuncuları hazırda bir sual maraqlandırır. Onların aqibəti necə olacaq? Dövlət qurumları bu sahədə hansısa işlər görürmü? Ukraynadakı ali təhsil müəssisəsindən Azərbaycan universitetlərinə keçid mümkündürmü?
Mövzu ilə bağlı “turaninsesi.az“-a danışan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Pərviz Əliyev isə qeyd edib ki, rəsmi Bakı və Kiyev arasında hökumətlərarası təqaüd proqramı yoxdur:
“Tələbələrin əksəriyyəti Ukraynaya ali təhsil almağa fərdi qaydada gedir”.
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun Marketinq və kommunikasiya işləri üzrə mütəxəssisi Paşa Paşayev isə deyib ki, Azərbaycan və Ukrayna arasında ali təhsil sahəsində hansısa dövlət proqramı mövcud deyil.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI