Ukraynada Çin sülhməramlıları? – “Xeyr”

Rusiya Çindən Ukrayna münaqişəsi zonasına sülhməramlıların gətirilməsi imkanını müzakirə etməyib.

“turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Çin tərəfi Ukraynada potensial Çin sülhməramlı missiyası məsələsini hələlik müzakirə etmək niyyətində deyil.

Eyni zamanda, ABŞ hesab edir ki, Ukraynada münaqişə başa çatarsa, atəşkəsi qorumaq üçün ora qeyri-Avropa ölkələrindən sülhməramlılar göndərilə bilər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI