Ukrayna XİN başçısı: “İranla diplomatik əlaqələri hər an kəsə bilərik”

“İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər”.

Turanın səsi ” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

Onun sözlərinə görə, bu, Tehranın gələcək davranışlarından asılı olacaq: “Mən Prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”.

D.Kuleba həmçinin İranın “qırmızı xətlər”i keçdiyini vurğulayıb: “Biz tarixən İrana heç bir pislik etməmişik. Amma bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.

Nazir bildirib ki, İrandakı hücumlar bu dövlətə siqnal olmalıdır: “Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də, bu əməkdaşlığın mənfi nəticələri daha çoxdur”.

Qeyd edək ki, yanvarın 29-da İranın İsfahan şəhərinə dron hücumları həyata keçirilib.

⤵️

“Turanın səsi ” ____ Arzu Paşaqızı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir