Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi oldu
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/resize-4-48.jpeg)
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, Ukraynanın 150 vətəndaşı geri qaytarılıb.
Onların arasında Mariupol və Zaporojye vilayətində əsir düşən Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin hərbçiləri, milli qvardiya əməkdaşları, sərhədçilər, polis əməkdaşları və digərləri var.
Qeyd edək ki, eyni zamanda 150 rusiyalı hərbçi də Ukrayna əsirliyindən geri qaytarılıb.