Ukrayna və ABŞ birgə silah istehsal etmək barədə razılığa gəliblər

Ukrayna və ABŞ birgə silah istehsal etmək barədə razılığa gəliblər.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
O, söhbətin xüsusilə hava hücumundan müdafiə sistemlərindən getdiyini söyləyib: “Biz birgə silah istehsalı üçün çalışacağıq. Bu, həmrəyliyimizin yeni səviyyəsidir”.
Qeyd edək ki, V.Zelenski dünən ABŞ-da həmkarı Cozef Baydenlə görüşüb.