Ukrayna Türkiyəni İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb

Prezident Volodimir Zelenski Ukraynanın İsveçin NATO-ya daxil olmasını dəstəklədiyini açıqlayıb, xüsusən də alyansın üzvü olan Türkiyə ilə danışıqlarda bu məsələni qaldırıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna lideri İsveçin baş naziri Ulf Kristerssonla danışıqlardan sonra mətbuat konfransında deyib.

Dövlət başçısı vurğulayıb ki, İsveç “NATO-nun xeyrinə tamamilə rasional seçim edib” və ukraynalıların seçimi də buna bənzəyir.

“Əminəm ki, dövlətlərimiz birlikdə Alyansda olacaq və təhlükəsizliyə, xüsusən də bu Baltik-Qara dəniz-Azov regionunda zəmanət verəcək”, – Zelenski əlavə edib.

O qeyd edib ki, Alyansdakı bütün tərəfdaşlarla danışıqlarda “biz İsveçin NATO-ya daxil olması üçün, o cümlədən Türkiyə ilə danışıqlarda daimi dəstəyə çağırırıq”.

“Mən cənab Ərdoğanla bu yaxınlarda keçirdiyim görüşdə NATO-da İsveçin lehinə arqumentlər söylədim. Biz bu işi gələcəkdə – İsveçin NATO-ya qəbulunda davam etdirəcəyik”, – Zelenski deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir