Ukrayna SQ: “Rusiya PUA-larla kəşfiyyat uçuşları aparır, kütləvi raket hücumuna hazırlaşır”

Rusiya qoşunları Ukraynanın cənubunda pilotsuz uçuş aparatları (PUA) ilə kəşfiyyat uçuşları aparır.

Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.

O bildirib ki, bu, yeni kütləvi raket hücumlarına hazırlıq üçündür: “Görünür, düşmən növbəti hücumlar üçün məlumatlar toplayır”.

N.Qumenyukun sözlərinə görə, qarşı tərəf cəbhədə uğur qazana bilməyəndə kütləvi raket hücumları həyata keçirir: “Onlar bunu “qələbə” kimi təqdim edirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir